×
A
A
A
Sazlamalar

Azərbaycan cüdoçusu Hidayət Heydərov Hərbçilərin Dünya Oyunlarının bürünc mükafatını qazanıb

Pekin, 20 oktyabr, AZƏRTAC

Mərkəzi Ordu İdman Klubunun (MOİK) üzvü, cüdoçu Hidayət Heydərov Çinin Uxan şəhərində keçirilən Hərbçilərin 7-ci Dünya Oyunlarında bürünc medal qazanıb. Bu, Azərbaycan komandasının Hərbçilərin 7-ci Dünya Oyunlarında ilk medalıdır.
AZƏRTAC xəbər verir ki, 81 kiloqramadək idmançıların yarışında mübarizə aparan Hidayət Heydərov ilk görüşdə rusiyalı Alan Xubestova qalib gəlsə də, 1/16 final mərhələsində Cənubi Koreya idmançısı Li Sunq Hoya məğlub olub. Buna baxmayaraq 3-cü yer uğrunda təsəlliverici yarışlarda mübarizə aparmaq hüququ olan Hidayət Heydərov ilk turda serbiyalı Milos Simonoviçə, ikinci qarşılaşmada polşalı Damyan Şvarnovyekiyə, 3-cü görüşdə isə İsveçrə təmsilçisi Maykl Kistlerə ipponla qalib gəlib. Hidayət 3-cü yer uğrunda görüşdə polşalı Blax Lukaz ilə qarşılaşıb. Cüdoçumuz rəqibini vazzari fəndi ilə məğlub edərək yarışı üçüncü yerdə başa vurub.

Şahin Cəfərov
AZƏRTAC-ın xüsusi müxbiri
Pekin

İdman 2019-10-20 14:00:00