×
A
A
A
Sazlamalar

İspaniya La Liqası: "Real Madrid" autsayderə məğlub olub

Bakı, 20 oktyabr, AZƏRTAC
Futbol üzrə İspaniya La Liqasının doqquzuncu turu çərçivəsində "Real Madrid" səfərdə çempionatın autsayderlərindən olan "Eybar"la qarşılaşıb.
AZƏRTAC xəbər verir ki, hesabı 7-ci dəqiqədə "Malyorka"nın hücumçusu Laqo Junior açıb. Bu, oyunda vurulan yeganə qol olub.
Hazırda turnir cədvəlinə 19 xalla "Barselona" komandası başçılıq edir. "Real Madrid" isə 18 xalla ikincidir.
Günün digər qarşılaşmasında "Getafe" klubu "Leqanes"ə 2:0 hesabı ilə qalib gəlib.
Turun digər oyunları oktyabrın 20-də keçiriləcək.

İdman 2019-10-20 02:39:00