×
A
A
A
Sazlamalar

ADNSU-da beynəlxalq elmi jurnallarda məqalələrin yazılması qaydalarına dair təlim təşkil olunub

Bakı, 19 oktyabr, AZƏRTAC

Azərbaycan Dövlət Neft və Sənaye Universitetində (ADNSU) “Beynəlxalq elmi jurnallarda məqalələrin yazılmasına dair tövsiyələr” və “Saxta jurnallarla mübarizə” mövzularında təlim keçirilib.
ADNSU-dan AZƏRTAC-a bildiriblər ki, təlimdə “Clarivate Analytics” şirkətinin elmi informasiya resursları üzrə eksperti İneş Kenjina “Web of Science” platformasına daxil olmaq üçün məqalələrə qoyulan tələblər, elmi məqalələrin təqdimetmə qaydaları, seçim meyarları, saxta jurnallarla bağlı problemlər barədə ətraflı məlumat verib.
İ.Kenjina, həmçinin Publons-da Researcher İD profili yaratmaq və elmi məhsuldarlıqla bağlı geniş təqdimatla çıxış edib.
Sonra suallar cavablandırılıb.

Elm və təhsil 2019-10-19 16:43:00