×
A
A
A
Sazlamalar

Sabirabadda evdən qızıl-zinət əşyaları oğurlanıb

Bakı, 19 oktyabr, AZƏRTAC 

Oğurluqla məşğul olan şəxslər tutulub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Sabirabad rayonunun Çığırğan kəndindəki evlərin birindən 5000 manat dəyərində qızıl-zinət əşyaları oğurlayan ev sahibinin keçmiş kürəkəni, Şirvan şəhər sakini X.Əhmədov Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Bakı şəhər sakini S.Həsənova məxsus “Mercedes” markalı avtomobildən maqnitofon və 2 ədəd yaddaş kartı oğurlamaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş E.Süleymanov Binəqədi Rayon Polis İdarəsinin 7-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində yaxalanıb.
Hər iki faktla bağlı araşdırma aparılır.

Hadisə 2019-10-19 16:36:00