×
A
A
A
Sazlamalar

ADDA-da “Dəniz ətraf mühitinin qlobal problemləri” mövzusunda seminar keçirilib

Bakı, 19 oktyabr, AZƏRTAC

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) nəzdində fəaliyyət göstərən Azərbaycan Dövlət Dəniz Akademiyasında (ADDA) ingilis dilli qruplarında təhsil alan tələbələr üçün “Dəniz ətraf mühitinin qlobal problemləri” mövzusunda seminar keçirilib.
ADDA-dan AZƏRTAC-a bildirilib ki, seminar zamanı kapitan Titos Giannakakis dəniz ətraf mühitinə həssaslığın vacibliyindən danışıb. O, gəmi tullantıları, dənizə axıdılan çirkab suların dəniz ətraf mühitinə mənfi təsir göstərdiyini bildirib. Bununla belə, kapitan düzgün yanacaq yağlarının istifadəsi, gəmilərin təkrar emalı və dənizin qorunması üçün Beynəlxalq Dəniz Təşkilatının (IMO) tələbləri və tətbiq etdiyi texnoloji yeniliklər barədə də iştirakçılara ətraflı məlumat verib.
Seminar interaktiv şəkildə keçib, gələcəyin gəmi sürücüləri və mexanikləri fikirlərini bölüşüb, onları maraqlandıran sualları səsləndiriblər.

Nəqliyyat 2019-10-19 15:51:00