×
A
A
A
Sazlamalar

FHN-in Gəncə Regional Mərkəzi mülki müdafiə məşqi keçirib

Bakı, 19 oktyabr, AZƏRTAC 

Fövqəladə Hallar Nazirliyinin (FHN) Gəncə Regional Mərkəzi F.Əmirov adına Gəncə Dövlət Filarmoniyasında rəhbər heyətin mülki müdafiə məşqini keçirib.
FHN-dən AZƏRTAC-a bildiriblər ki, “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsinin təşkili” mövzusunda keçirilən məşqdə müəssisənin rəhbərləri, Mülki müdafiə qərargahı, Mülki Müdafiə Qüvvələrinin şəxsi heyəti və komandir-rəis heyəti iştirak edib.
Məşqin keçirilməsində əsas məqsəd baş verə biləcək fövqəladə hadisələr zamanı rəhbər, komandir-rəis heyətinin və işçilərinin funksional vəzifələrini yerinə yetirmələri üçün nəzəri bilik və praktiki vərdişlərin təkmilləşdirilməsindən ibarət olub.
Məşqin yekununda mülki müdafiə qüvvələrinin komandir-rəis heyətinin xəritə üzrə dinləmələri keçirilib, müzakirələr aparılıb.

Sosial 2019-10-19 15:10:00