×
A
A
A
Sazlamalar

“FIDE Grand Swiss 2019”: Doqquzuncu turun oyunları keçiriləcək

Bakı, 19 oktyabr, AZƏRTAC

Böyük Britaniyanın Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin doqquzuncu turunun oyunları keçiriləcək.
AZƏRTAC xəbər verir ki, şahmatçılarımız Rauf Məmmədov Nils Grandelius (İsveç), Nicat Abbasov Sanan Syuqirov (Rusiya), Eltac Səfərli Qata Kamski (Rusiya), Vasif Durarbəyli Pentala Harikrişna (Hindistan) ilə mübarizə aparacaqlar.
Qeyd edək ki, təmsilçilərimiz R.Məmmədov və N.Abbasov hərəyə 4,5, E.Səfərli və V.Durarbəyli isə 4 xal qazanıblar.
Yarış 11 turdan ibarətdir.

 

İdman 2019-10-19 14:23:00