×
A
A
A
Sazlamalar

Doqquz ayda 6,2 min tondan çox süd idxal olunub

Bakı, 19 oktyabr, AZƏRTAC

Bu ilin yanvar-sentyabr aylarında ölkəyə 6 min 291 ton süd idxal olunub.
AZƏRTAC Dövlət Gömrük Komitəsinə (DGK) istinadla xəbər verir ki, idxal edilən südün dəyəri 10 milyon 294 min ABŞ dolları olub.
Xatırladaq ki, ötən ilin 9 ayında ölkəyə 8 milyon 796 min dollarlıq 6 min 240 ton süd idxal edilib.

İqtisadiyyat 2019-10-19 14:24:00