×
A
A
A
Sazlamalar

Elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə “Data Mining” texnologiyaları araşdırılıb

Bakı, 19 oktyabr, AZƏRTAC

AMEA-nın İnformasiya Texnologiyaları İnstitutunda elektron təhsil mühitinin intellektuallaşdırılması üzrə “Data Mining” texnologiyalarının imkanları araşdırılıb. “Təhsil Data Mining” (EDM) texnologiyalarının köməyi ilə intellektual analiz aparılır, tədris sahəsindən daxil olan məlumatların öyrənilməsi üçün metodlar tətbiq olunur.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, bu texnologiya lazımi informasiyanın şagirdlərə vaxtında çatdırılması, tədris prosesinin təkmilləşdirilməsi, “ağıllı tədris proqramı”nın hazırlanması, maarifləndirici prosesin fərdiləşdirilməsi, sosial şəbəkələrdən şagird haqqında informasiyanın əldə olunması, tədris prosesinin daimi monitorinqinin aparılması və s. imkanları təklif edir.

Elm və təhsil 2019-10-19 13:44:00