Hərbçilərin VII Dünya Oyunlarında ölkəmizi yeddi güləşçi təmsil edəcək
Bakı, 19 oktyabr, AZƏRTAC
Çinin Uxan şəhərində Hərbçilərin VII Dünya Oyunları start götürüb.
AZƏRTAC xəbər verir ki, 109 ölkədən 9 min 300 hərbçinin 27 növdə mübarizə aparacağı Oyunların proqramında güləş də yer alıb.
Oktyabrın 21-dən 24-dək güləşin hər növündə 4 Olimpiya çəkisi üzrə mübarizə baş tutacaq. Nəhəng yarışda ölkəmizi sərbəst güləşdə Mahir Əmiraslanov (57 kq), Ağahüseyn Mustafayev (74 kq), yunan-Roma güləşində Murad Bazarov (60 kq), Mikayıl Rəhmanov (67 kq), Həsən Əliyev (77 kq), Rafiq Hüseynov (87 kq), qadın güləşində isə Tatyana Varansova (53 kq) təmsil edəcəklər.
Güləşçilərimiz yığmalarımızın məşqçiləri Nazim Əlicanov və Taleh İsrafilovun rəhbərliyi altında yarışacaqlar.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir