×
A
A
A
Sazlamalar

Muzdla çalışanların orta aylıq əməkhaqqı 589,3 manat olub

Bakı, 19 oktyabr, AZƏRTAC

Yanvar-avqust aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı ötən ilin müvafiq dövrünə nisbətən 8,9 faiz artaraq 589,3 manat olub.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirilib ki, əməkhaqqı neft-qaz sektorunda 3 min 73,7 manat, qeyri-neft-qaz sektorunda 532,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 484,4 manat, özəl müəssisələrdə isə 724,6 manat təşkil edib.
Mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, nəqliyyat və anbar təsərrüfatı, eləcə də tikinti sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.

 

Maliyyə 2019-10-19 11:48:00