×
A
A
A
Sazlamalar

Səliqəsiz geyimli və paltarı pis qoxu verən sərnişinləri Kiyev metrosuna buraxmayacaqlar

Kiyev, 19 oktyabr, AZƏRTAC 

Kiyev Şəhər Şurası metropolitendən istifadəyə dair yeni qaydalar paketi hazırlayıb.
AZƏRTAC Ukrayna KİV-lərinə istinadla xəbər verir ki, paltarı çirkli olan və ya pis qoxu verən, qismən çılpaq, eləcə də “səliqəsiz” geyimli sərnişinlərin metroya daxil olması qadağan ediləcək.
Qəfəsdə və ya konteynerdə olmayan heyvanları (bələdçi itlərdən başqa), velosipedləri metroda aparmaq, metroda mahnı oxumaq və musiqi alətlərində ifa etmək də yolverilməz olacaq.

Rüstəm Məmmədov
Kiyev

AZƏRTAC

Bu maraqlıdır 2019-10-19 11:53:00