Ekoaktivistlərin növbəti hədəfi Biq Ben qülləsi olub
London, 19 oktyabr, AZƏRTAC
Londonda davam edən ekoaktivist mitinqləri zamanı növbəti hədəf bütün dünyada Biq Ben adı ilə məşhur olan Britaniya parlamentinin saat qülləsi olub.
AZƏRTAC xəbər verir ki, 43 yaşlı aktivist Ben Atkinson təmir gedən qülləyə qalxaraq etirazını orda davam edib. O, iqlim və ekoloji vəziyyətlə bağlı plakatlar qaldırıb. Atkinson Baş Nazirlə danışmaq istədiyini bildirib. 3 saat sonra polis tərəfindən yerə endirilən Atkinson həbs edilib.
Buna baxmayaraq etirazlar Oksford Sirkus, Trafalqar Meydanı və Vestminister ərazilərində davam edib.
Qeyd edək ki, etirazlarla əlaqədar 1760-dan çox insan həbs olunub.
Aynurə Tağıyeva
AZƏRTAC-ın xüsusi müxbiri
London
Zaxarova: ABŞ-ın Ukrayna, İsrail və Tayvana yardımı böhranı daha da dərinləşdirəcək
Bayden: Ukraynaya yardım döyüş meydanında təcili ehtiyacların ödənilməsi üçün zəruridir
ABŞ Konqresi Ukraynaya 61 milyard dollarlıq yardıma dair qanun layihəsini qəbul edib
Yaponiyada 2 hərbi helikopterlə əlaqə kəsilib
Zelenski: Ukrayna ABŞ-la təhlükəsizlik zəmanəti üzrə razılaşmaya yaxınlaşır