×
A
A
A
Sazlamalar

Gi Ankaua: Qarşılıqlı görüşlərimiz əməkdaşlığımızın sahələrini müəyyən etməyə imkan yaradır VİDEO

Paris, 19 oktyabr, AZƏRTAC

Ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafına töhfə vermək üçün Montro-Fot-Yonn şəhəri Naxçıvan şəhəri ilə qardaşlaşmaq arzusundadır.
Bu fikri AZƏRTAC-a müsahibəsində Montro-Fot-Yonn meriyasının qardaşlaşma komitəsinin sədri Gi Ankaua söyləyib.
Hər iki şəhər arasında mədəniyyət, musiqi, idman sahələrində əlaqələr qura və mübadilələr apara bilərik. Qarşılıqlı olaraq bir-birimizi daha yaxından tanıyarıq. Qarşılıqlı görüşlərimiz və müzakirələrimiz əməkdaşlığımızın sahələrini müəyyən etməyə imkan yaradır.

Şəhla Ağalarova
AZƏRTAC-ın xüsusi müxbiri
Montro-Fot-Yonn

Cəmiyyət 2019-10-19 07:25:00

Video