Azərbaycan Dövlət
İnformasiya Agentliyi

A
A
A
Sazlamalar

“Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı”nın təsdiq edilməsi barədə
Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının QƏRARI

Mərkəzi Seçki Komissiyası ölkə üzrə növbəti bələdiyyə seçkilərinin 2019-cu il dekabrın 23-nə təyin edilməsi haqqında qərar qəbul etmişdir.

Azərbaycan Respublikasının seçki qanunvericiliyində nəzərdə tutulmuş əsas hərəkət və tədbirlərin ardıcıl və keyfiyyətlə həyata keçirilməsi, seçki subyektlərinə metodiki yardım göstərilməsi və onların seçki prosesindəki fəaliyyətlərinin sadələşdirilməsi məqsədilə qarşıdan gələn bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin yerinə yetirilmə ardıcıllığını, müddətlərini və subyektlərinin əhatə dairəsini müəyyən edən Təqvim Planının təsdiq edilməsi məqsədəmüvafiqdir.
Mərkəzi Seçki Komissiyası yuxarıda qeyd edilənləri əsas götürərək, Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü, 25.3-cü, 28.2-ci, 28.4-cü və 213-cü maddələrinə uyğun olaraq qərara alır:

1. “Azərbaycan Respublikasında bələdiyyə seçkilərinin hazırlanıb keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı” təsdiq edilsin.

2. Təqvim Planı dərc edilsin.

3. Qərar dərc edildiyi gündən qüvvəyə minir.

 

Sədr      Məzahir Pənahov


Katib      Arifə Muxtarova

Katib      Mikayıl Rəhimov

Qərarlar 2019-10-18 23:50:00