×
A
A
A
Sazlamalar

Məhəmməd Muradlı dünya çempionatında ikinci qələbəsini qazanıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Hindistanın paytaxtı Dehlidə 20 yaşlı şahmatçılar arasında dünya çempionatında beşinci turun oyunları keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı Məhəmməd Muradlı ötən turda qələbə qazanıb. O, malayziyalı Amir Ghaazi Mohd Saprini məğlub edərək aktivinə 1 xal yazdırıb.
M.Muradlının beş turun yekununa görə cəmi 2 xalı var.
On bir turdan ibarət dünya çempionatı İsveçrə sistemi üzrə keçirilir.

İdman 2019-10-18 23:04:00