×
A
A
A
Sazlamalar

İsmayıllı rayonu ilə Cənubi Çexiya regionu arasında əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub

İsmayıllıda “Kardiologiya və ürək cərrahiyyəsi üzrə tibb mərkəzinin yaradılması” layihəsi üzrə danışıqlar aparılıb

Praqa, 18 oktyabr, AZƏRTAC
Azərbaycan Respublikasının İsmayıllı rayonu ilə Çex Respublikasının Cənubi Çexiya regionu arasında əlaqələrin genişləndirilməsi, o cümlədən İsmayıllıda “Kardiologiya və ürək cərrahiyyəsi üzrə tibb mərkəzinin yaradılması” layihəsi üzrə müzakirələrin davam etdirilməsi məqsədilə İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısının müavini Mahmud Süleymanov və İsmayıllı Rayon Mərkəzi Xəstəxanasının şöbə müdiri Firidun Ağayev Çexiyaya səfər ediblər.
AZƏRTAC xəbər verir ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti, Cənubi Çexiya regionunun Mərkəzi Klinikasının işçi heyəti və fəaliyyəti ilə yaxından tanış olublar.
Səfərin növbəti günündə, Azərbaycanın Çexiyadakı müvəqqəti işlər vəkili Etibar Abdullayev, Çexiyada fəaliyyət göstərən “Azerbaijani Community in the Czech Republic" (Azərbaycanlıların Çexiyadakı İcması) təşkilatının həmtəsisçisi Elçin Kazımov, İsmayıllı rayon nümayəndələri Mahmud Süleymanov və Firidun Ağayev, Çexiyanın tanınmış iş adamı Pavel Dlohi, Çeske Budyovitse Mərkəzi Xəstəxananın baş həkimi Vladislav Peşl və həmkarları ilə İsmayıllıda “Kardiologiya və ürək cərrahiyyəsi üzrə tibb mərkəzinin yaradılması” layihəsi üzrə danışıqlar aparıblar və nəticə olaraq layihənin gerçəkləşməsi üzrə növbəti addımların atılması barədə razılıq əldə edilib.
Pərvanə Qarayeva
AZƏRTAC-ın xüsusi müxbiri
Praqa

Regionlar 2019-10-18 20:41:00