×
A
A
A
Sazlamalar

Azərbaycan-Gürcüstan əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

Tbilisi, 18 oktyabr, AZƏRTAC

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov oktyabrın 18-də Gürcüstan Baş Nazirinin müavini, Regional İnkişaf və İnfrastruktur naziri Maya Tsikitişvili ilə görüşüb.
AZƏRTAC xəbər verir ki, görüşdə Dursun Həsənov Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq əlaqələrindən danışıb, dövlət və hökumət başçılarının qarşılıqlı səfərlərinin əhəmiyyətindən söz açıb. Gürcüstanın Baş Naziri Giorgi Qaxariyanın bu günlərdə Azərbaycana səfərinin əhəmiyyətini xüsusi qeyd edib.
Maya Tsikitişvili ölkəsinin Azərbaycan ilə əlaqələrinin inkişafında maraqlı olduğunu bildirib.
Görüşdə iki ölkə arasında iqtisadi, siyasi və digər sahələrdə əlaqələrin inkişaf perspektivləri, sərmayə imkanları və iqtisadi regional layihələr barədə fikir mübadiləsi aparılıb.


Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi

Siyasət 2019-10-18 19:11:00