×
A
A
A
Sazlamalar

Fərid Mehbalı: Yaradılmış şərait nəticəsində gənclər cəmiyyət həyatının bütün sahələrində fəal iştirak edirlər VİDEO

Bakı, 18 oktyabr, AZƏRTAC
Gənclərin yüksək diqqət və qayğı ilə əhatə edilməsi, eləcə də onların potensialından səmərəli istifadə olunması dövlət gənclər siyasətinin əsasını təşkil edir. Yaradılmış şərait nəticəsində gənclər cəmiyyət həyatının bütün sahələrində fəal iştirak edirlər.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda I Forumunun iştirakçısı, Dövlət Sərhəd Xidmətinin əməkdaşı Fərid Mehbalı bildirib. O qeyd edib ki, hüquq-mühafizə orqanı əməkdaşı olaraq dövlətimizin müstəqilliyinin möhkəmlənməsi və təhlükəsizliyinin təmin edilməsi naminə daim var qüvvəsi ilə çalışacaq. Azərbaycanın təhlükəsizliyinə qarşı istənilən təhdidlə mübarizədə ön sıralarda olacaq.

Cəmiyyət 2019-10-18 20:23:00

Video