Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə Daşkənddə sərgi açılıb
Daşkənd, 18 oktyabr, АZƏRTAC
Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində “Müstəqillik - tariximizin şah əsəri” adlı sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Azərbaycanın tarixi, mədəniyyəti, iqtisadiyyatı, ulu öndər Heydər Əliyevin həyat və yaradıcılığı, Ümummilli Liderin ideyalarının təbliği istiqamətində həyata keçirilən layihələr, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərə həsr olunmuş nəşrlər, Azərbaycan Mədəniyyət Mərkəzinin təşəbbüsü ilə Daşkənddə özbək dilində çap olunan kitablar nümayiş etdirilir.
Əvvəlcə Mərkəzin nəzdindəki kurs və dərnəklərin şagirdləri sərgi ilə tanış olublar. Onlara Azərbaycanın istiqlaliyyəti, müstəqilliyimizin çətin sınaqlardan keçməsi, xalqımızın çətinliklə qazandığı müstəqilliyini yenidən itirmək təhlükəsi, ulu öndər Heydər Əliyevin xilaskarlıq missiyası, Prezident İlham Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycanın nəhəng layihələr həyata keçirməsi, müstəqilliyimizin möhkəmləndirilməsi, Azərbaycanın dünya birliyinin layiqli üzvü olması və s. barədə məlumatlar verilib.
Mərkəzin foyesində təşkil olunan əl işləri sərgisində isə kurs və dərnəklərin şagirdlərinin Azərbaycanın dövlət rəmzləri, milli mədəniyyətimizə dair hazırladıqları maketlər, fiqurlar və suvenirlər nümayiş etdirilir.
Azərbaycanın nailiyyətləri, ölkənin qazandığı uğurları nümayiş etdirən fotosərgi də maraq doğurur.
Qeyd edək ki, Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə əlaqədar Mədəniyyət Mərkəzinin nəzdindəki kurs və dərnəklərdə bu mövzuda dərslər keçirilib, Mərkəzin Azərbaycan Dövlətçiliyi Tarixi və Heydər Əliyev muzeylərinə şagirdlərin ekskursiyası təşkil olunub.
Qulu Kəngərli
AZƏRTAC-ın xüsusi müxbiri
Daşkənd
Xətai Sənət Mərkəzində “Müşahidələrin fraqmentləri” adlı fərdi sərgi açılıb
Haaqada UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyasının 30 illik yubileyi qeyd edilib
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
“Xalqın mədəni sərvəti” layihəsi çərçivəsində regionlarda növbəti konsert təşkil edilib
“BakuOperArt” “Sərhədsiz Puşkin” adlı ədəbi-musiqili layihə təqdim edir