×
A
A
A
Sazlamalar

Alessandro Frakassetti: Azərbaycanda innovasiya ekosisteminin formalaşması prosesi sürətlə gedir

Bakı, 18 oktyabr, Pərvanə Rəhimova, AZƏRTAC 

Hazırda Azərbaycanda innovasiya ekosisteminin formalaşması prosesi sürətlə gedir.
AZƏRTAC xəbər verir ki, bu sözləri oktyabrın 18-də Heydər Əliyev Mərkəzində “I2B – İdeyadan Biznesə” layihəsinin yekun final mərasimində BMT İnkişaf Proqramının rezident nümayəndəsi Alessandro Frakassetti deyib.
“BMT İnkişaf Proqramı Azərbaycanda startap hərəkatına, təhsil, kənd təsərrüfatı və ətraf mühitin mühafizəsi sahələrində innovasiyaların tətbiqinə daim dəstək göstərir”, - deyə o əlavə edib.

İKT 2019-10-18 19:21:00