×
A
A
A
Sazlamalar

Ağasəlim Pirəliyev: Ölkəmizdə gənclərin öz potensiallarından istifadə etmələrinə tam şərait yaradılıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Ölkəmizdə gənclərə göstərilən diqqət və qayğı yüksək səviyyədədir. Biz bu diqqət və qayğını hər zaman hiss edirik.
Bu fikirləri AZƏRTAC-a açıqlamasında Daxili İşlər Nazirliyinin əməkdaşı Ağasəlim Pirəliyev bildirib. O qeyd edib ki, gənclərə diqqət bu gün keçirilən Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarının gənc əməkdaşlarının “Müstəqilliyimiz əbədidir, daimidir, dönməzdir” mövzusunda I Forumunda da hiss olundu.
Nazirliyin əməkdaşı qeyd edib ki, hüquq mühafizə orqanlarına gənclərin işə qəbul olunması prosesi tam şəffaf şəkildə həyata keçirilir. Bu da gənclərin öz potensiallarından istifadə etmələrinə tam şərait yaradır. Gənclərin müxtəlif vəzifələrdə çalışması Azərbaycan Prezidentinin gənclər siyasətinə göstərdiyi diqqətlə bağlıdır.

Cəmiyyət 2019-10-18 19:16:00