×
A
A
A
Sazlamalar

® Yeni “iPhone” telefonlarının imkanlarını “Azercell” ilə kəşf edin

“Azercell Telekom” MMC “iPhone 11”, “iPhone 11 Pro” və “iPhone Pro Max” əldə edən abunəçilərə 6 aylıq Limitsiz İnternet paketi hədiyyə edir.

“Apple” şirkətinin ölkəmizdəki yeganə rəsmi telekom tərəfdaşı “Azercell Telekom” MMC hər zamankı kimi “iPhone” brendinin pərəstişkarlarını yeni kampaniya ilə sevindirməyə tələsir. Ölkənin rəqəmsal həllər təqdim edən lider mobil operatoru “Azercell” ən qabaqcıl texnologiyaları və istifadə rahatlığını özündə birləşdirən yeni “iPhone” modellərinin təqdim etdiyi imkanlardan yararlanmaq üçün abunəçilərə əvəzolunmaz fürsət verir. Oktyabr ayının 18-dən etibarən “Azercell”in Eksklüziv mağazalarında “iPhone 11”, “iPhone 11 Pro” və “iPhone Pro Max” telefonlarını əldə edən hər bir abunəçiyə 6 ay ərzində limitsiz internet paketi hədiyyə olunacaq.
Rəqəmsal dünyanın ən son yeniliklərini “Azercell” ilə kəşf edin!
Əlavə məlumat üçün “https://www.azercell.com/az/personal/devices/newiphone” səhifəsinə daxil olun.
Daha ətraflı məlumat üçün “[email protected]” ünvanına müraciət edə bilərsiniz.

 

İKT 2019-10-18 19:07:00