“Avro 2020”nin rəsmi topunun fotoları yayımlanıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Futbol üzrə “Avro 2020”nin final mərhələsinin oyunları üçün xüsusi hazırlanmış rəsmi topun fotoları yayımlanıb.
AZƏRTAC xəbər verir ki, “Adidas Uniforia” adlanan topun fotolarını “Footy Headlines” portalı paylaşıb. Bu top 2018-ci ildə Rusiyada keçirilən dünya çempionatının oyunlarında istifadə olunan “Telstar” topuna bənzəyir. Top rəsmi olaraq noyabrda təqdim ediləcək.
Xatırladaq ki, “Avro 2020”nin qrup mərhələsinin üç oyunu və dörddəbir final mərhələsinin qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir