×
A
A
A
Sazlamalar

Diri çəkidə ət istehsalı 2,9 faiz artıb

Bakı, 18 oktyabr, AZƏRTAC

Cari ilin yanvar-sentyabr aylarında diri çəkidə ət istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 2,9 faiz artaraq 375,5 min ton, süd istehsalı isə 1,5 faiz artaraq 1574 min ton təşkil edib.
Dövlət Statistika Komitəsindən AZƏRTAC-a bildirib ki, həmin dövrdə yumurta istehsalı 7 faiz artaraq 1386,1 milyon ədəd və yun istehsalı 1,4 faiz artaraq 15,8 min ton olub.
Bundan başqa, ölkədə 643,7 ton və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 25,3 faiz çox barama istehsal edilib.

 

İqtisadiyyat 2019-10-18 17:38:00