×
A
A
A
Sazlamalar

Kataloniyada iğtişaşlar səbəbindən “Barselona” – “Real” matçı başqa vaxta keçiriləcək

Bakı, 18 oktyabr, AZƏRTAC 

Futbol üzrə İspaniya çempionatının 10-cu turunda “Barselona” və Madridin “Real” komandaları arasında matç “Kamp Nou” stadionundan başqa yerə keçiriləcək. bu görüş oktyabrın 26-daq keçirilməli idi.
AZƏRTAC İspaniya Kral Futbol Federasiyasının (RFEF) mətbuat xidmətinin məlumatına istinadla xəbər verir ki, klublar həmin matçın keçiriləcəyi yeni tarix barədə oktyabrın 21-nə qədər razılığa gəlməlidirlər. Klublar arasında razılaşma əldə edilməsə, matçın tarixini İspaniya çempionatının rəhbərliyi və RFEF tərəfindən təyin ediləcək.
Səkkiz matçdan sonra 18 xal toplamış “Real” İspaniya çempionatının turnir cədvəlində birinci yeri, səkkiz görüşdən sonra aktivində 16 xal olan “Barselona” isə ikinci yeri tutur.
“Real” və “Barselona” komandaları İspaniya çempionatlarında 178 matç keçiriblər. Bu klubların hərəsi 72 oyunda qalib gəlib, daha 34 görüş heç-heçə başa çatıb. Komandalar bütün turnirlərdə öz aralarında cəmi 242 matç keçiriblər. Bu oyunların 96-da “Barselona”, 95-də “Real” qalib gəlib, 51 görüş heç-heçə başa çatıb.
Keçən mövsümdə “Barselona” ölkə çempionatında “Real” ilə iki görüşün hər ikisində qalib gəlib (öz meydanında 5:1, rəqib meydanında 1:0 hesabı ilə). Ölkə kubokunun yarımfinalında iki matçdan ibarət qarşıdurmanın yekununa görə “Barselona” Madrid klubuna qalib gəlib (öz meydanında 1:1, rəqib meydanında 3:0 hesabı ilə).
Barselonada etiraz aksiyaları bazar ertəsi İspaniya Ali Məhkəməsi tərəfindən regional siyasətçilər barəsində verdikt qəbul ediləndən sonra başlanıb. Kataloniyanın müstəqilliyi barədə referendumun təşkilində əli olan bu siyasətçilərin hər biri 13 ilə qədər həbs cəzasına məhkum edilib. İş üzrə adları keçən şəxslərin bir qismi israfçılıqda və xalqı qiyama çağırmaqda təqsirkar hesab edilib. Regionda iğtişaşlar nəticəsində 250-dən çox manifestant və 140 polis əməkdaşı xəsarət alıb.

 

İdman 2019-10-18 17:30:00