×
A
A
A
Sazlamalar

Cüdoçumuz Murad Fətiyev dünya çempionatında bürünc medal uğrunda mübarizə aparacaq

Bakı, 18 oktyabr, AZƏRTAC

Mərakeşdə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında iştirak edən Murad Fətiyev (81 kq) bürünc medal uğrunda mübarizə aparacaq.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz slovakiyalı Aleks Barto, macarıstanlı Benedek Toth və koreyalı Sangjun Lini məğlub etsə də, dörddəbir finalda gürcüstanlı Vladimir Axalkatsinin öhdəsindən gələ bilməyib. Təsəlliverici görüşdə portuqaliyalı rəqibi Damian Troianşı məğlub edən M.Fətiyevi üçüncü yer uğrunda mübarizədə gürcüstanlı Tato Qriqalaşvili ilə qarşılaşma gözləyir.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan cüdoçuları Əhməd Yusifov (60 kq) gümüş, İbrahim Əliyev (66 kq) bürünc medal qazanıblar. Turnirdə 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır.
Dünya çempionatı oktyabrın 19-dək davam edəcək.

İdman 2019-10-18 17:06:00