×
A
A
A
Sazlamalar

Latviyanın turizm portalında Azərbaycanın müstəqillik tarixinə dair məqalə dərc olunub

Riqa, 18 oktyabr, AZƏRTAC 

Latviyanın çox populyar olan travelnews.lv turizm portalında Azərbaycanın Dövlət Müstəqilliyi Günü ilə bağlı məlumat xarakterli məqalə dərc olunub.
AZƏRTAC xəbər verir ki, məqalədə ölkəmizin coğrafi mövqeyi və bu zəmində yaşadığı münaqişələrin tarixi, yaranma səbəbləri, o cümlədən 18 oktyabrın ölkə əhəmiyyəti barədə məlumat verilib.
Həmçinin turistləri maraqlandıracaq məqamlara da toxunulan məqalədə Azərbaycanın təbii sərvətləri, turizm imkanları, milli mətbəxi, çayı, habelə tibbi turizm ilə bağlı məlumatlar əksini tapıb.

 

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri
Riqa

Mədəniyyət 2019-10-18 17:01:00