×
A
A
A
Sazlamalar

Samboçularımız dünya birinciliyində 4 medal qazanıblar

Bakı, 18 oktyabr, AZƏRTAC

Özbəkistanın Daşkənd şəhərində yeniyetmə və gənclər arasında sambo üzrə dünya birinciliyi keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan milli komandası mötəbər yarışda 4 medal qazanıb. Belə ki, Elvin Bağırov (56 kq), Kənan İsmayilov (60 kq), Hacıbala Cəbrayılov (70 kq) və Toğrul Salmanov (87 kq-dan yuxarı) fəxri kürsünün üçüncü pilləsində yer alıblar.

İdman 2019-10-18 16:55:00