×
A
A
A
Sazlamalar

Yeniyetmə və gənc karateçilərimiz XI dünya çempionatında iştirak edəcəklər

Bakı, 18 oktyabr, AZƏRTAC

Yeniyetmə və gənclərdən ibarət karate üzrə Azərbaycan milli komandası oktyabrın 23-dən 27-dək Çilinin paytaxtı Santyaqo şəhərində XI dünya çempionatında iştirak edəcək. Kumite üzrə baş məşqçi Anar Allahverdiyev və qadınlardan ibarət yığmanın baş məşqçisi Denis Morozov, həmçinin kata üzrə baş məşqçi Vahid Ayvazov mötəbər yarışda 14 idmançının mübarizə aparmasına üstünlük verib.
AZƏRTAC xəbər verir ki, ölkəmizi 14-15 yaşlı yeniyetmələr arasında Ramil Baxşəliyev (52 kq), Rumil Cəfərli (57 kq), 16-17 yaşlı gənclərin yarışında Sultan Hüseynov (55 kq), Hüseyn Məmmədli (61 kq), Tale Yaqubov (68 kq), Hüseyn Hüseynzadə (76 kq), Namiq Quliyev (76 kq-dan yuxarı), Polina Qurenko (53 kq), Ayla Rzazadə (59 kq) və Fidan Dadaşova (48 kq) təmsil edəcəklər. Hümmət Baxşəliyev (67 kq), Murad Hacızadə (84 kq-dan yuxarı) və Fidan Teymurova (50 kq) 21 yaşadək karateçilərin yarışında qüvvələrini sınayacaqlar. Roman Heydərov bu yaş dərəcəsinin kata yarışlarına qatılacaq.
Yığma komandamız Azərbaycan Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında yarışa yola düşüb. Dünya çempionatını idarə edəcək hakimlərin sırasında beynəlxalq dərəcəli hakimlərimiz Cahangir Babayev və Vüqar Kərimov da yer alıblar.
Yeniyetmə və gənclərin XI dünya çempionatında 96 ölkədən 1557 idmançı mübarizə aparacaq.

İdman 2019-10-18 16:36:00