×
A
A
A
Sazlamalar

Əfqanıstanda məsciddə baş vermiş iki partlayış nəticəsində 31 nəfər həlak olub

Bakı, 18 oktyabr, AZƏRTAC 

Əfqanıstanın Nanqarhar vilayətində cümə namazı vaxtı məsciddə törədilmiş iki partlayış nəticəsində ən azı 31 nəfərin həlak olduğu bildirilir.
AZƏRTAC Pajhwok informasiya agentliyinə istinadla xəbər verir ki, vilayətin Haska Meyna rayonunda törədilmiş terror aktı nəticəsində daha 50 nəfər yaralanıb. Onlardan bir neçəsinin vəziyyəti ağırdır.
Terror aktına görə məsuliyyəti heç bir qruplaşma öz üzərinə götürməyib.

Dünya 2019-10-18 15:59:00