×
A
A
A
Sazlamalar

Azərbaycan Universiteti Ukrayna ali məktəbləri ilə əməkdaşlığı genişləndirir

Bakı, 18 oktyabr, AZƏRTAC 

Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva Xarkov Milli Radioelektronika Universitetinin prorektoru professor Murad Omarov ilə görüşüb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, görüşdə ali məktəblər arasında ikili diplom proqramının tətbiqinin ardından yeni əməkdaşlıq istiqaməti müəyyənləşdirilib. Həmçinin universitetlər arasında tətbiqinə yeni başlanan beynəlxalq birgə ikili diplom proqramının icrası da nəzərdən keçirilib. Proqram bakalavriat və magistratura pillələri üzrə kompüter elmləri və kompüter mühəndisliyi ixtisaslarını əhatə edir. Təhsillərini uğurla başa vuran tələbələrə müvafiq ixtisas üzrə bakalavr və ya magistr dərəcəsi və ali təhsil müəssisələrinin diplomları təqdim olunacaq.
Qeyd edək ki, beynəlxalq əlaqələrin genişləndirilməsi, qarşılıqlı faydalı əməkdaşlıq qurulması hər iki universitetin strateji hədəfləri sırasındadır. Universitetlərin profili və öncəlikləri tərəflər arasında əməkdaşlığın çoxşaxəli və səmərəli olmasına imkan yaradır.

Elm və təhsil 2019-10-18 15:46:00