×
A
A
A
Sazlamalar

Azərbaycanın təqdim etdiyi videoçarx beynəlxalq festivalda qalib seçilib

Varşava, 18 oktyabr, AZƏRTAC
Varşava şəhərində 14-cü "FilmAT" turizm festivalının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə ölkəmizi Azərbaycan Turizm Bürosunun marketinq üzrə direktoru Fidan Əliyeva təmsil edib.
Festivalda müxtəlif nominasiyalar üzrə 75 qalib müəyyənləşdirilib. Azərbaycan tərəfi festivalda “Azerbaijan: Take another look” (Azərbaycan: Başqa bir baxış) adlı turistik videoçarx ilə təmsil olunub və “Ölkənin ən yaxşı təbliğ filmi” nominasiyası üzrə qalib seçilib. Mükafat Fidan Əliyevaya təqdim edilib.
Qeyd edək ki, videoçarx Dövlət Turizm Agentliyinin nəzdində fəaliyyət göstərən Azərbaycan Turizm Bürosu tərəfindən hazırlanıb.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava

Turizm 2019-10-18 15:18:00