×
A
A
A
Sazlamalar

“Türk axını” kəmərinin birinci xəttinə qaz vurulmasına başlanılıb

Bakı, 18 oktyabr, AZƏRTAC

“Türk axını” boru kəmərinin dənizdən keçən iki xəttindən birincisinin qazla doldurulmasına başlanılıb.
AZƏRTAC xəbər verir ki, Rusiya KİV-lərinin layihə operatoruna istinadla yaydığı məlumata görə, xəttə qaz vurulması onun işə salınmasından öncəki son sınaq mərhələsi olmaqla, Türkiyə və Cənub-Şərqi Avropaya təbii qazın çatdırılmasında mühüm addım sayılır. Birinci xəttin qrafik üzrə kommersiya istismarı 2019-cu ilin sonlarına qədər başlamalıdır.
“Türk axını” layihəsi hər biri 15,75 milyard kubmetr həcmə malik iki qoldan ibarətdir. Birinci xətt Rusiya qazının türkiyəli istehlakçılar, ikincisi isə Cənubi və Cənub Şərqi Avropa üçün nəzərdə tutulub.

Dünya 2019-10-18 15:51:00