×
A
A
A
Sazlamalar

Bakıda evdən külli miqdarda pul oğurlanıb

Bakı, 18 oktyabr, AZƏRTAC 

Bakıda evdən külli miqdarda pul oğurlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, sentyabrın 5-də Suraxanı rayonu ərazisindəki evlərin birindən 13 min ABŞ dollarını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Nəsirov Rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşları isə oktyabrın 10-da Masazır qəsəbəsindəki evlərin birindən 5900 manat, 900 ABŞ dolları və 7000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən qəsəbə sakini M.Həsənovu yaxalayıblar.
Hər iki faktla bağlı araşdırmalar davam etdirilir.

Hadisə 2019-10-18 15:29:00