Cüdoçumuz dünya çempionatına qələbə ilə başlayıb
Bakı, 18 oktyabr, AZƏRTAC
Mərakeşdə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatında iştirak edən Murad Fətiyev (81 kq) ilk qələbəsini qazanıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz slovakiyalı Aleks Bartonu məğlub edib. Onun növbəti mərhələdə rəqibi macarıstanlı idmançı Benedek Toth olacaq. Eyni çəkidə mübarizə aparan digər cüdoçumuz Cahangir Məcidov isə ilk mərhələdə Məhəmməd Koçlə (Türkiyə) qarşılaşacaq.
Qeyd edək ki, dünya çempionatında Azərbaycan komandasının üzvləri Əhməd Yusifov (60 kq) gümüş, İbrahim Əliyev (66 kq) bürünc medal qazanıblar. Yarışda ölkəmizi 11 cüdoçu təmsil edir. Turnirdə 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır.
Dünya çempionatı oktyabrın 19-da başa çatacaq.
Bədii gimnastika üzrə Dünya Kubokunun ilk qalibləri mükafatlandırılıb VİDEO
Bədii gimnastika üzrə Dünya Kuboku: Qrup hərəkətləri üzrə Azərbaycan komandası bürünc medal qazanıb
Premyer Liqa: “Zirə” doğma meydanda “Neftçi”yə qalib gəlib
Azərbaycan gimnastı Bakıdakı Dünya Kubokunda finala yüksəlib
Almaniyanı təmsil edən gimnast: Bakıda yarışmaq mənim üçün xüsusi məna ifadə edir