×
A
A
A
Sazlamalar

Rəsmi Kiyev noyabrda “Normandiya dördlüyü”nün görüşünün keçiriləcəyinə inanır

Kiyev, 18 oktyabr, AZƏRTAC

Ukrayna Xarici İşlər Nazirliyi noyabrda “Normandiya dördlüyü”nün görüşünün keçiriləcəyinə inanır.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, bu barədə Ukraynanın Xarici İşlər naziri Vadim Pristayko məlumat verib.
Onun sözlərinə görə, Ukrayna Prezidenti Vladimir Zelenski “Normandiya dördlüyü”nün görüşünün keçirilməsinə çalışır. “İnanırıq ki, görüş gələn ay baş tutacaq”, - deyə nazir əlavə edib.
Qeyd edək ki, “Normandiya dördlüyü” Almaniya, Rusiya, Ukrayna və Fransa nümayəndələri tərəfindən Şərqi Ukraynadakı vəziyyəti həll etmək üçün yaradılan qrupdur.

 

Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev

Dünya 2019-10-18 14:57:00