×
A
A
A
Sazlamalar

Azərbaycan Düşənbədə beynəlxalq kinofestivalda təmsil edilir

Düşənbə, 18 oktyabr, AZƏRTAC

Düşənbədə ənənəvi “Didor” beynəlxalq sənədli filmlər festivalı keçirilir.
AZƏRTAC xəbər verir ki, kinofestivalda Azərbaycan, Almaniya, ABŞ, Rusiya, Böyük Britaniya, İsrail, İran, Niderland, Özbəkistan, Qırğızıstan və digər ölkələrin kinorejissorlari iştirak edir.
Azərbaycanlı rejissor Leyli Qafarova festivala “Bir dəfə Şanxayda” sənədli filmi ilə qatılıb.
Kinofestivala təqdim edilən 57 sənədli film Düşənbənin “Zeboniso” kinoteatrında göstəriləcək.
Festival çərçivəsində rejissorlarla görüş, usta dərsləri də keçiriləcək.

 

Qulu Kəngərli

AZƏRTAC-ın xüsusi müxbiri
Düşənbə

Mədəniyyət 2019-10-18 14:45:00