×
A
A
A
Sazlamalar

Bu gündən Mingəçevir və Şəkiyə gecə avtobus reysləri fəaliyyətə başlayır

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 18-dən Mingəçevir və Şəki istiqamətində gecə avtobus reysləri fəaliyyətə başlayır.
AZƏRTAC-a xəbər verir ki, Şəki istiqamətinə sərnişin tələbatının həddindən çox olması həmin istiqamətə gecə reysinin nəzərdə tutulan vaxtdan daha tez bərpa olunmasına zəmin yaradıb.
Avtobuslar hər gün Bakı-Mingəçevir istiqamətində saat 23:30-da, Mingəçevir–Bakı istiqamətində isə saat 01:00-da yola düşəcək. Həmçinin avtobuslar Bakıdan Şəkiyə və Şəkidən Bakıya saat 23:30-da hərəkətə başlayacaq.
Xatırladaq ki, gecə reysləri uzun fasilədən sonra oktyabrın 1-dən bərpa olunub. Sərnişinlər artıq Gəncə və “Qırmızı Körpü” istiqamətləri ilə yanaşı, Mingəçevir və Şəki istiqamətində də gecə reyslərindən yararlana biləcək. Reyslər sərnişindaşıma üçün tələb olunan bütün standartlara cavab verən “Neoplan” markalı avtobuslarla həyata keçirilir.

 

Nəqliyyat 2019-10-18 14:17:00