Binəqədi rayonunda qətl hadisəsi törədilib
Bakı, 18 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də saat 7 radələrində Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsi M.Davudoğlu küçəsində qəsəbə sakini, əvvəllər məhkum olunmuş Sabir Ələkbərovun üzərində zorakılıq əlamətləri olan meyitinin tapılması barədə 4-cü Polis Şöbəsinə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, dərhal rayonun polis və prokurorluq orqanlarının əməkdaşları hadisə yerinə gəlib, müvafiq tədbirlər həyata keçirilib.
Araşdırmalarla oktyabrın 16-da saat 22 radələrində həmin ünvanda yerləşən “Şərq” çay evində S.Ələkbərovla paytaxt sakini C.Abbasov arasında münaqişə baş verməsi və sonuncunun onu çaydanla vurmasından ölməsi müəyyən edilib.
Qəsdən adam öldürməkdə şübhəli bilinən C.Abbasov təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılıb.
Faktla bağlı araşdırmalar davam etdirilir.
“Tik-Tok”da “kreditə qızıl satılır” adı altında vətəndaşları talayan dəstə üzvləri saxlanılıb
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
“Binə” və “Sədərək” ticarət mərkəzlərini su basıb, əraziyə xilasetmə qüvvələri cəlb edilib VİDEO
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO