×
A
A
A
Sazlamalar

Mingəçevirdə “Qızlar bacarır” layihəsi çərçivəsində təlim keçirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

AFFA və UNİSEF-in birgə həyata keçirdiyi “Qızlar bacarır” layihəsi çərçivəsində futbolçu qızlar üçün BLS (basic life skills) təlimlərinə start verilib.
AZƏRTAC xəbər verir ki, ilk təlim Mingəçevir şəhərində keçirilib və UNİSEF-in təyin etdiyi beynəlxalq dərəcəli mütəxəssislər tərəfindən qadın futbolunun inkişafı məqsədilə “Fundamental bacarıqlar” tədris olunub.
Qeyd edək ki, şəxsi inkişaf, özünəinam, sağlamlıq kimi bir sıra mövzuları əhatə edən təlimlərin 4 bölgədə keçirilməsi nəzərdə tutulub.
Layihədə 300-dən artıq qadın futbolçu iştirak edəcək.

 

İdman 2019-10-18 13:21:00