×
A
A
A
Sazlamalar

Dünya çempionatında daha iki cüdoçumuz mübarizəyə qoşulur

Bakı, 18 oktyabr, AZƏRTAC

Mərakeşdə keçirilən gənclər arasında cüdo üzrə dünya çempionatı davam edir.
AZƏRTAC xəbər verir ki, yarışların üçüncü günündə cüdoçularımızdan ikisi - Murad Fətiyev və Cahangir Məcidov (hər ikisi 81 kq) mübarizəyə qoşulur.
M.Fətiyev slovakiyalı Aleks Barto, C.Məcidov isə Edi Şerifovski (Makedoniya)-Məhəmməd Koç (Türkiyə) cütünün qalibi ilə qarşılaşacaq.
Dünya çempionatında Azərbaycan komandası iki medal qazanıb. Təmsilçimiz Əhməd Yusifov (60 kq) ikinci, İbrahim Əliyev (66 kq) isə üçüncü yeri tutublar.
Yarışda Azərbaycanı 9 kişi və 2 qadın olmaqla ümumilikdə 11 cüdoçu təmsil edir. Turnirdə 81 ölkədən 500-dən çox tatami ustası mübarizə aparır.
Dünya çempionatı oktyabrın 19-da başa çatacaq.

 

İdman 2019-10-18 12:40:00