×
A
A
A
Sazlamalar

Mədəniyyət naziri və nazir müavini bölgələrdə vətəndaşlarla görüşəcək

Bakı, 18 oktyabr, AZƏRTAC

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin və onların müavinlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən oktyabrın 25-də saat 11:00-da Mədəniyyət naziri Əbülfəs Qarayev Ucar rayon Heydər Əliyev Mərkəzində (Ucar şəhəri, Heydər Əliyev prospekti, 73) Ucar və Zərdab rayonlarından olan vətəndaşları qəbul edəcək.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, həmin gün saat 11:00-da Mədəniyyət nazirinin müavini Rafiq Bayramov Ağdaş rayon Heydər Əliyev Mərkəzində (Ağdaş şəhəri, Heydər Əliyev Meydanı 1) Ağdaş və Göyçay rayonlarından olan vətəndaşlarla görüşəcək.
Vətəndaşlar nazirliyin [email protected] elektron poçt ünvanı, ex.mct.gov.az elektron xidmətlər saytı, telefon məlumat sistemi (çağrı mərkəzi): 147 və ya (012) 493-92-17 (əlaqələndirici şəxs: Pərviz İsgəndərli - Regional siyasət şöbəsinin müdiri) və (012) 493-55-21 nömrəli telefonlar vasitəsilə qəbula yazıla bilərlər.
Qəbula gəlmək istəyən vətəndaşlar, həmçinin əlaqələndirici şəxslərə müraciət edə bilərlər.

Mədəniyyət 2019-10-18 12:35:00