×
A
A
A
Sazlamalar

“El-Klassiko”nun vaxtı dəyişdirilib

Bakı, 18 oktyabr, AZƏRTAC
İspaniya çempionatının X turunda oktyabrın 26-da keçirilməli olan “Barselona”-“Real Madrid” “El Klassiko” görüşünün vaxtı dəyişdirilib.
AZƏRTAC İspaniya mətbuatına istinadla xəbər verir ki, “El-Klassiko”nun təxirə düşməsinin səbəbi Kataloniyada baş verən etiraz aksiyalarıdır. Görüşün oktyabrın 26-da yox, dekabrın 18-də keçirilməsinə qərar verilib.
Görüşün başlanma saatı hələlik müəyyənləşməyib.

İdman 2019-10-18 11:39:00