×
A
A
A
Sazlamalar

Abşeron Olimpiya İdman Kompleksində tayboks üzrə respublika turniri keçiriləcək

Bakı, 18 oktyabr, AZƏRTAC

Oktyabrın 19-20-də Abşeron Olimpiya İdman Kompleksində Qarabağ şəhidlərinin xatirəsinə həsr olunmuş uşaqlar, yeniyetmələr və gənclər arasında tayboks üzrə respublika turniri keçiriləcək.
AZƏRTAC xəbər verir ki, Gənclər və İdman Nazirliyi və Azərbaycan Muay-tay Federasiyasının birgə təşəbbüsü ilə təşkil olunacaq yarışa 25 klubdan 200-ə yaxın idmançı qatılacaq.
Qaliblər federasiya və nazirlik tərəfindən diplom və medallarla təltif olunacaqlar.

İdman 2019-10-18 11:19:00