×
A
A
A
Sazlamalar

Slovakiya–Azərbaycan oyununun stadionu dəyişdirilib

Bakı, 18 oktyabr, AZƏRTAC

Futbol üzrə “Avro 2020”nin seçmə qrup mərhələsi çərçivəsində keçiriləcək Slovakiya–Azərbaycan oyununun stadionu dəyişdirilib.
AZƏRTAC xəbər verir ki, UEFA-dan AFFA-ya daxil olmuş məlumatda oyunun Trnava şəhərindəki Antona Malatinskeho stadionunda keçiriləcəyi qeyd olunub.
Slovakiya–Azərbaycan oyunu noyabrın 19-da Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

İdman 2019-10-18 11:47:00