×
A
A
A
Sazlamalar

Beynəlxalq layihənin iştirakçıları Gənclər Fondunda olublar

Bakı, 17 oktyabr, AZƏRTAC

Gənclər üçün Təhsil Mərkəzinin (GTM) Bakı şəhərində təşkil etdiyi “Gənc sahibkarlar klubu” adlı beynəlxalq layihənin iştirakçıları Gənclər Fondunun qonağı olublar.
GTM-dən AZƏRTAC-a bildiriblər ki, 6 ölkəni təmsil edən 30 gəncə Fondun fəaliyyəti haqqında geniş məlumat verilib.
Fondun icraçı direktoru Fərid Cəfərov qonaqları salamlayaraq, rəhbəri olduğu qurumun gənclər üçün yaratdığı imkanlar barədə danışıb, dövlətin gənclərə hərtərəfli dəstək verdiyini, hər zaman onların yanında olduğunu vurğulayıb.
Sonra fondun əməkdaşları qonaqları maraqlandıran sualları cavablandırıblar.
Mərkəzin baş katibi Gülnar Xəlilova səmimi qəbula görə fondun rəhbərliyinə təşəkkürünü bildirib.

Sosial 2019-10-18 06:49:00