×
A
A
A
Sazlamalar

“FIDE Grand Swiss 2019”: Şahmatçılarımızdan 1 qələbə, 3 heç-heçə...

Bakı, 17 oktyabr, AZƏRTAC
Böyük Britaniyanın Men adasında keçirilən şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin yeddinci turunu şahmatçılarımızdan biri qələbə, üçü heç-heçə ilə başa vurub.
AZƏRTAC xəbər verir ki, şahmatçılarımız Rauf Məmmədov Anton Korobov (Ukrayna), Nicat Abbasov İvan Sariç (Xorvatiya), Eltac Səfərli Samuel Sevianla (ABŞ) qarşılaşmaları heç-heçə başa vurublar. Digər təmsilçimiz Vasif Durarbəyli Marie Sebaq (Fransa) üzərində qələbə qazanıb.
Qeyd edək ki, yeddi turun yekununda R.Məmmədov və N.Abbasov hərəyə 4, E.Səfərli 3,5, V.Durarbəyli isə 3 xal qazanıb. Yarış oktyabrın 21-dək davam edəcək.

İdman 2019-10-17 23:43:00