×
A
A
A
Sazlamalar

Füzuli rayonunda raket hissəsi tapılıb

Bakı, 17 oktyabr, AZƏRTAC
Oktyabrın 17-də saat 11:41-də Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Füzuli rayonunun Fin qəsəbəsində partlayıcının tapılması barədə məlumat daxil olub.
ANAMA-dan AZƏRTAC-a bildiriblər ki, məlumata əsasən agentliyin mobil əməliyyat qrupunun və Füzuli Rayon Polis Şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndəriliblər.
Baxış keçirildikdən sonra ərazi təhlükəsizlik məqsədilə polis tərəfindən əhatəyə alınıb. Agentliyin mütəxəssisləri tərəfindən aparılan təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində tərkibində partlayıcı maddə olmayan 9M22U raketinin arxa plastik hissəsi aşkarlanıb. Həmin hissə zərərsizləşdirilməsi üçün götürülərək agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Raketin hissəsinin tapıldığı yerin ətrafında 150 kvadratmetr əraziyə baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

Hadisə 2019-10-17 16:59:00