×
A
A
A
Sazlamalar

Daşkəsəndə yol polisi əməkdaşları yanan avtomobili söndürüblər

Bakı, 17 oktyabr, AZƏRTAC 

Oktyabrın 16-da səhər saatlarında Daşkəsən rayonu ərazisində E. Zeynalovun idarə etdiyi “Chevrolet Niva” markalı avtomobilin mühərrik hissəsində anidən yanğın baş verib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-a bildiriblər ki, sürücü dərhal hərəkəti dayandırıb. Hadisə yerinə yaxın ərazidə xidmət aparan Daşkəsən Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları dərhal xidməti avtomobillərindəki yanğınsöndürmə balonundan istifadə edərək yanğının qarşısını alıblar.
Daha sonra təhlükəsizlik tədbirləri həyata keçirilib və hadisə yerinə Dövlət Yanğından Mühafizə Xidmətinin və Təcili Tibbi Yardım Xidmətinin əməkdaşları çağırılıblar. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Hadisə 2019-10-17 16:23:00